Los Ancelesdə Azərbaycana həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Los Ancelesdə Azərbaycana həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2013 09:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los Ancelesdə yerləşən və ABŞ-ın ən məşhur tibb mərkəzlərindən biri olan “Cedars- Sinai” Tibb Mərkəzində Azərbaycana həsr olunmuş tədbir keçirilib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, tədbirdə mərkəzin çoxsaylı əməkdaşları, o cümlədən tanınmış həkimlər və tibb alimləri iştirak ediblər.

“Cedars-Sinai” Məzunlar Birliyinin sədri, məşhur kardioloq İshar Xaruzi tədbiri giriş sözü ilə açaraq, Azərbaycan barədə qısa məlumat verib və Azərbaycana son səfərindən aldığı xoş təəssüratları iştirakçılarla paylaşıb.

Sonra söz Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə verilib. N. Ağayev Azərbaycanın tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa, İsrail və qonşu dövlətlər ilə münasibətləri, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat verib. Çıxışdan sonra o, dinləyicilərin suallarını cavablandırıb.

Mahir kamança ustası, Stenford Universitetində yenicə təsis olunmuş Azərbaycan musiqisi kursunun müəllimi İmamyar Həsənovun ifa etdiyi Azərbaycan muğamları dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.

Tədbir Azərbaycan kinematoqrafiyasının incilərindən olan “O olmasın, bu olsun” bədii filminin nümayişi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR