Zakir Qaralov Çin ədliyyə nazirinin müavini ilə görüşüb - FOTO

Zakir Qaralov Çin ədliyyə nazirinin müavini ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 aprel 2013 15:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş prokuror Zakir Qaralov Azərbaycanda rəsmi səfərdə olan Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Canq Sucunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun baş prokurorunun aprel ayının əvvəllərində Azərbaycana səfər etdiyini və hər iki dövlətin prokurorluq orqanları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan Z. Qaralov, ədliyyə nazirlikləri arasında yenicə imzalanmış əməkdaşlıq haqqında sazişin əlaqələrin daha da inkişafında mühüm rol oynayacağını bildirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Canq Sucun isə müxtəlif istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafı üçün yeni bir səhifə açıldığını bildirib, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR