Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti ilə görüşüb
# 12 aprel 2013 16:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DMX-dən APA-ya verilən məlumata görə, görüşdə F. Nəbiyev DMX və BP arasında qarşılıqlı əməkdaşlıqdan bəhs edib.

BP-nin icra etdiyi layihələrdən danışan Q. Birrel isə bildirib ki, bu layihələrin icrasına azərbaycanlı, eləcə də əcnəbi mütəxəssislər cəlb edilib. O, bu sahədə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın BP şirkəti üçün önəmli rol oynadığını vurğulayıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də BP şirkətinə cəlb edilən əcnəbilərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR