Rusiyanın Ermənistandakı aviabazasında “Açıq qapı” günü keçiriləcək

Rusiyanın Ermənistandakı aviabazasında “Açıq qapı” günü keçiriləcək
# 12 aprel 2013 04:46 (UTC +04:00)

Bakı-APA. Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar Rusiyanın Ermənistandakı aviabazasında “Açıq qapı” günü keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rossotrudniçestvo”nun Ermənistan nümayəndəliyinin mətbuat katibi Liana Azoyan məlumat verib.

“Tədbir iştirakçıları hərbi hissənin yaşayışı və məişəti ilə tanış olacaq, uçan aparatların müxtəlif növlərinə baxacaq, qırıcı aviasiyasının tək və qrup şəklində uçuşlarını müşahidə edəcək. Həmçinin əsgər sıyıqı və çayı ilə səhra mətbəxi təşkil olunacaq”, deyə o qeyd edib.

Azoyanın sözlərinə görə, tədbirə qonaq qismində Ermənistanın Müdafiə nazirliyinin rəhbərliyi, Rusiyanın Gümridəki 102-ci hərbi bazasının və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin komandanlığı iştirak edəcək. Bayramda Rusiya səfirliyinin əməkdaşları, Rusiya və Rusiya-Ermənistan müştərək müəssisələrinin nümayəndələri, məktəblilər və tələbələr iştirak edəcək.

Yerevanın “Erebuni” aeroportunda dislokasiya olunmuş Rusiyanın Ermənistandakı aviabazasının şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava hücumundan müdafiə sistemində döyüş növbəsi çəkir. Cənub Hərbi Dairənin xəbərinə görə, 2012-ci təlim ilində aviabazanın şəxsi heyəti 800-dək uçuş həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR