Bakıda emalatxanada partlayış olub, ölən var

Bakıda emalatxanada partlayış olub, ölən var
# 01 aprel 2013 10:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda emalatxanada partlayış olub. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər radələrində Suraxanı rayonu Hovsan qəsəbəsi Quşçuluq sovxozunun ərazisindəki oksigen doldurma emalatxanasında qeydə alınıb. Emalatxanada baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə nəzarətçi otağının pəncərə şüşələri sınıb. Hadisə zamanı emalatxananın nəzarətçisi Hüseyn Hüseynovun yanına sovqat gətirmiş oğlu Rauf hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR