Azərbaycanda orta aylıq əmək haqqı 507 dollara çatıb

Azərbaycanda orta aylıq əmək haqqı 507 dollara çatıb
# 13 mart 2013 10:57 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Muzdla işləyənlərin 23,2%-i təhsildə, 19,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,6%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 16,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,1 manat (507 ABŞ dolları) təşkil edib ki, keçən ilin yanvar ayına nisbətən 8,1% artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR