Bakı Dövlət Sosial İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilib - YENİLƏNİB

Bakı Dövlət Sosial İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilib - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2013 09:32 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E. Sultanov deyib ki, kollecin direktoru və digər 3 əməkdaş həbs edilib.

O, əlavə olaraq geniş aşıqlama veriləcəyini bildirib.

Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı saxlanılanlar olduğu barədə ilk olaraq “müsavat.com” məlumat yayıb. Məlumatda qeyd olunur ki, kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Üstəlik, proses texnikanın imkanlarından yararlanmaqa, mötəbər sübutlar yaradılaraq, aparılıb.

Məlumata o da bildirilir ki, fevralın 8-də Təhsil Nazirliyində bu hadisə ilə bağlı xüsusi toplantı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR