Azərbaycan prezidenti akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 06 fevral 2013 16:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, 2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan olmasının 130 illiyi tamam olur.

Mirəsədulla Mirqasımov Azərbaycanda müasir tibb elminin və ali tibb təhsilinin əsasını yaradanlardan biri olaraq özünün məktəbini formalaşdırıb, respublika Elmlər Akademiyasının prezidenti kimi elmin təşkili işinə dəyərli töhfələr verib.

Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən, ölkəmizdə elmin inkişafında və onun nailiyyətlərinin tanıdılmasında, eləcə də yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçiriləcək. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasına Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR