Azərbaycanda 34 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 34 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb
# 11 mart 2013 07:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 112 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 34 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 12-si möhürlənib, 22 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 10 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR