Müdafiə Nazirliyi: Azərbaycan Xocalı hava limanı ilə bağlı öz mövqeyində qalır - FOTO

Müdafiə Nazirliyi: Azərbaycan Xocalı hava limanı ilə bağlı öz mövqeyində qalır - <span style="color: red;">FOTO
# 27 fevral 2013 10:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.

E.Sabiroğlunun sözlərinə görə, qeyri-qanuni uçuşlara başlamaqla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər: «Ona görə də yaxşı olar ki, onlar bundan əl çəksinlər. Beynəlxalq təşkilatlar da, digər ölkələrin nümayəndələri də bu məsələyə öz mənfi münasibətlərini bildirirlər. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə mənfi təsir göstərmiş olacaq. Bunu nəzərə almaq lazımdır».

E.Sabiroğlu Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Brüssel görüşü ilə bağlı qarşı tərəfin «Ermənistan müdafiə nazirinin azərbaycanlı həmkarını cəbhədə atəşkəs rejiminə əməl etməyə çağırması» barədə məlumatlara da münasibət bildirib: «Nazirlər arasında gedən söhbət barədə təfsilatı ilə məlumatım yoxdur. Qaldı ki, atəşkəs rejiminin pozulmasına, Ermənistan bütün təmas xətti boyu atəşkəsi pozur, Azərbaycan Silahlı Qüvvələri də buna cavab verir. Təəssüf ki, atəşkəs rejiminin pozulması nəticəsində hər iki tərəfdən itkilər və yaralılar olur. Bütün bu hadisələrin baş verməsinin səbəbi isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsidir. İyirmi ildir onlar bu torpaqları işğalda saxlayırlar. Bir gün gələcək ki, onları silib süpürəcəyik. Ermənistan çox da iftixar etməsin ki, özü təklikdə bu torpaqları işğal edib. Ona havadarları maksimum dərəcədə kömək edib».

Nazirlik rəsmisi onu da əlavə edib ki, Azərbaycanın Silahlı Qüvvələri dövlətin, millətin təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR