ABŞ-ın Qərbi Virciniya ştatında Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul edilib

ABŞ-ın Qərbi Virciniya ştatında Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul edilib
# 04 aprel 2013 00:05 (UTC +04:00)

Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.

Qətnamədə həmçinin Xocalı faciəsinin beynəlxalq təşkilatlar tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Qeyd edək ki, Qərbi Virciniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Pensilvaniya, Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR