Tsya Tsinlen: “Çin Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır”

Tsya Tsinlen: “Çin Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır”
# 26 fevral 2013 14:02 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədri Tsya Tsinlenlə görüşüb. APA-nın məlumatına görə, Tsya Tsinlen bəyan edib ki, Çin tərəfi Azərbaycanın xalq tərəfindən seçilmiş, ölkənin reallıqlarına uyğun inkişaf yolunu dəstəkləyir: “Çin Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Diplomatik əlaqələr qurulduqdan sonra ikitərəfli münasibətlər uğurlu və stabil inkişaf edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR