Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 15 aprel 2013 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah axşamdan başlayaraq ölkə ərazisində havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 12-17 dərəcə təşkil edəcək.

Respublikanın bölgələrində də hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcə isti olacaq.

Aprelin 16-sı axşamdan 19-dək Abşeron rayonunda arabir güclənən xəzri küləklərinin üstünlüyü, hava temperaturunun ötən günlərə nisbətən aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR