Təhsil Nazirliyi TQDK-nın III sinif dərslikləri ilə bağlı rəyinə rəsmi cavab verib

Təhsil Nazirliyi TQDK-nın III sinif dərslikləri ilə bağlı rəyinə rəsmi cavab verib
# 08 aprel 2013 13:40 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyinin göndərdiyi 154 səhifəlik cavabda III sinif üzrə 14 dərsliyə rəy verilib. Cavablar 2 sütunda qeyd olunub. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub. “Azərbaycan dili 3” dərsliyinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərdiyi cavabda yekun rəydə dərsliyin 35-ci səhifəsində göstərilmiş irada münasibət bildirilməyib. Təhsil Nazirliyi “Riyaziyyat 3” və “Həyat bilgisi 3” dərsliyinə göndərdiyi cavabda yekun rəydə göstərilmiş bütün iradlara münasibət bildirilib.

“Azərbaycan dili” dərsliyi üzrə cavabda qeyd olunur ki, rəyçilərin irəli sürdüyü iradlar heç bir konkret fakta əsaslanmayıb: “Rəyçilərin mətnlər haqqında dedikləri tamamilə əsassızdır və subyektiv fikirdən başqa bir şey deyil. Rəyçilər bilməlidirlər ki, 3-cü sinif dərsliyi Təhsil Nazirliyi tərəfindən komplekt şəkildə təsdiq olunub və komplektə daxil olan kitablar məzmun və metodika baxımından bir-birini tamamlayır. Müasir türk dili dərsliyi yalnız mətnlərdən ibarətdir. Mətnlərə qoyulmuş sual və tapşırıqlar iş dəftərində, bu mətnlərlə işləmə metodikası metodik vəsaitdə verilir. Metodik vəsaitə məhəl qoymadan, iş dəftərindəki çalışmaları nəzərdə keçirmədən yalnız dərslik haqqında fikir yürütdükdə bu cür iradlarla dolu bir rəy alınır”.

“Riyaziyyat 3” və “Həyat bilgisi 3” dərsliyi üzrə cavabda qeyd olunan rəylərə müvafiq cavablar verilib. Hər iki dərsliklə bağlı cavabda qeyd olunur ki, dünyanın qabaqcıl təcrübəsindən bəhrələnərək gətirilmiş hər bir anlayış, metodik yanaşma, fəaliyyət forması yekun rəydə güclü tənqidə məruz qalıb: “Bu məqam üzərində düşünməyə dəyər. Bu iki sinif üzrə cavabda Təhsil Nazirliyi tərəfindən yekun rəydə yer alınmış 98 iraddan 6 irad qəbul edilib”.

Qeyd edək ki, bir müddət öncə TQDK-nın apardığı monitorinqlər nəticəsində 3-cü sinif üzrə “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb. Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR