Azərbaycanın Xorvatiyadakı səfiri Mina Əməliyyatları Mərkəzində olub

Azərbaycanın Xorvatiyadakı səfiri Mina Əməliyyatları Mərkəzində olub
# 29 mart 2013 11:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev Xorvatiya Mina Əməliyyatları Mərkəzində (CROMAC) olub. CROMAC-dən APA-ya verilən məlumata görə, səfirə qurumun fəaliyyəti barədə təqdimat verilib. Görüşdə Mərkəzi Asiya regionunda mina mütəxəssislərinə təlimlərin keçirilməsi, Türkiyədə sərhədlərin minalardan təmizlənməsi layihəsi üzrə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

CROMAC rəhbərliyi səfir K. Xasıyevi aprel ayında keçiriləcək “Humanitarian demining 2013” beynəlxalq minatəmizləmə simpoziumuna dəvət edib. Eyni zamanda səfirlik vasitəsilə ANAMA-nın direktoru Xorvatiyaya səfərə dəvət olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR