Rəbiyyət Aslanova: “Saytlarda və ayrı-ayrı qəzetlərdə zorakılıqla bağlı halların manşetlərə çıxarılması düzgün deyil”

Rəbiyyət Aslanova: “Saytlarda və ayrı-ayrı qəzetlərdə zorakılıqla bağlı halların manşetlərə çıxarılması düzgün deyil”
# 18 fevral 2013 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Son vaxtlar dövlət orqanları və qeyri-hökumət təşkilatlarının məişət zorakılığı probleminə diqqət ayırması bu məsələyə diqqətin artmasına dair ciddi xəbərdarlıqdır”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O, “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsinin təqdimatında bildirib ki, Azərbaycanda məişət zorakılığının aradan qaldırılması üçün ciddi tədbirlər görülür və bu işlər gələcəkdə də davam etdiriləcək. Lakin R. Aslanova bəzi media orqanlarında zorakılıqla bağlı mütəmadi və gündəlik məlumatların verilməsindən şikayətlənib: “Bu gün mediada qadına qarşı zorakılıqla bağlı müxtəlif məlumatlar dərc olunur, bundan əlavə, Azərbaycan gerçəkliyini təhrif edən məlumatlar verilir. Öz etik davranışına, professional məsuliyyətinə inanan insanlar belə məlumatları veməməli və Azərbaycan ailəsini dünyaya belə formada təqdim etməməlidir. Azərbaycan ailəsi yalnız belə halları rəhbər tutan, öz yaxınlarına qənim kəsilənlərin birliyi deyil. Azərbaycanda gözəl ailələr də var və onlar daha çox dünyaya yüksək formada təqdim edilməlidir. Bu baxımda saytlarda və ayrı-ayrı qəzetlərdə zorakılıqla bağlı halların manşetlərə çıxarılması düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR