“Texnikabank”ın Yasamal rayon filialının müdiri və daha bir neçə əməkdaşı həbs olunub

“Texnikabank”ın Yasamal rayon filialının müdiri və daha bir neçə əməkdaşı həbs olunub
# 05 fevral 2013 13:50 (UTC +04:00)

Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev məlumat verib.

Ə. Mustafayev “Texnikabank”ın Yasamal filialının həbsdə olan müdir müavini Elnur Seyidovla görüşərkən bununla bağlı məlumat aldığını deyib: “Bizdə olan məlumata görə, Azad Həsənov və digər bir neçə nəfər həbs olunub. Onlara qarşı da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə), 208-ci (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) və 213-cü (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan olunub”.

Qeyd edək ki, bir müddət əvvəl bankın rəhbəri Etibar Əliyev də həbs olunub. Lakin sonradan o, azadlığa buraxılıb. Hazırda bankın Yasamal filialının müdir müavini E. Seyidov və bankın digər bir neçə əməkdaşı həbsdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR