Azərbaycanda dövlət ipoteka kreditləşməsi kəskin azalıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi kəskin azalıb
# 05 fevral 2013 09:43 (UTC +04:00)

Bu isə 2012-ci ilin dekabrına nisbətən 8,4 dəfə, ötən ilin yanvar ayına nisbətən isə 17,8% azdır.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında dövlət büdcəsindən ipoteka məqsədləri üçün vəsait ayrılmayıb.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 422,01 mln. manata çatıb. Nəticədə, 2013-cü il fevralın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 45,1 manata çatıb.

Yanvarda AİF tərəfindən 2,68 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, indiyədək verilən ipoteka kreditlərinin 346,05 mln. manatı və ya 82%-i təkrar maliyyələşdirilib.

Qeyj edək ki, hesabat ayında İpoteka Fondu 8 mln. manatlıq istiqraz buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR