İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin plenar sessiyasına tövsiyə olunub

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin plenar sessiyasına tövsiyə olunub
# 13 fevral 2013 13:52 (UTC +04:00)

APA-nın məlumatına görə dəyişikliklər barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.

H. Rəcəbli bildirib ki, Məcəlləyə təklif olunan dəyişikliyə görə dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə 50 manat miqdarında cərimə tətbiq ediləcək.

Eyni zamanda dövlət tərəfindən sosial xidmət göstərilməsinin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə 50 manat cərimə müəyyən ediləcək. Layihədə o da göstərilir ki, sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə ediləcək. Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında qanuna müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə olunacaq. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə isə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaq. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR