Bu il Azərbaycanda bank kreditləşməsi 21% artıb

Bu il Azərbaycanda bank kreditləşməsi 21% artıb
# 27 dekabr 2012 08:01 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azəorbaycan bank sisteminin məcmu aktivləri 20,6%, kredit qoyuluşları isə 20,9% artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Bəyanata əsasən, kredit qoyuluşları sənaye və istehsal sahələri üzrə 50%, kənd təsərrüfatı və emal sahələrində 16% artıb. Uzunmüddətli kreditlərin həcmində 23% artım olub.

Kredit qoyuluşları regionlar üzrə 19,6%, qeyri-bank kredit təşkilatları üzrə isə 28% artıb.

Bazar resurslarının cəlb olunması əsasında ipoteka kreditləşməsi davam etdirilib. Cari ildə Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 1 800-dən çox şəxsə ümumilikdə 66,4 mln. manat məbləğində ipoteka krediti ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR