Gürcüstanın xarici işlər naziri: “Biz neçə illərdir NATO-nun qapılarını döyürük”

Gürcüstanın xarici işlər naziri: “Biz neçə illərdir NATO-nun qapılarını döyürük”
# 29 aprel 2013 17:00 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Biz neçə illərdir ki, NATO-nun qapılarını döyürük. Biz deyirlər ki, bu qapıları açmışıq. Çox maraqlıdır, biz nə vaxt bu qapıdan içəri daxil olacağıq?”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib.

“Mən ümidvaram ki, biz tezliklə bu suala cavab alacağıq. Bu gün keçirilən NATO-nun seminarında NATO-ya üzv olan ölkələr və 200-dən çox insan əlavə olaraq təsdiq edirlər ki, biz Avroatlantik məkana inteqrasiyaya maraqlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR