Yamaykanın məşhur kurortunda polislə atışmada üç nəfər qətlə yetirilib

Yamaykanın məşhur kurortunda polislə atışmada üç nəfər qətlə yetirilib
# 10 fevral 2013 04:52 (UTC +04:00)

Bakı-APA. Yamaykanın Monteqo Bey məşhur kurort şəhərində polislə atışmada üç nəfər öldürülüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, öldürülən şəxslərin üzərindən avtomat və tapança aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma müstəqil komissiyaya həvalə olunub.

Bir gün əvvəl Yamaykanın Uestmorlend şəhərində baş vermiş insident nəticəsində polis əməkdaşı şübhəli şəxsi güllələyərək qətlə yetirib.

Qeyd edək ki, Yamayka hüquq mühafizəçiləri polisi və ordunu uzun müddətdir onların qurbanlarının sayının çox olmasına görə tənqid edir. Təkcə 2012-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları 219 nəfəri qətlə yetirib. Bu rəqəm 2011-ci ilin müvafiq göstəricisindən 9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR