Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,2% yüksəlib
# 05 aprel 2013 06:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 606 bəndədək, S&P 500 0,4% - 1 560 bəndədək, Nasdaq 0,2% - 3 225 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi xarici amillərlə bağlı olub. Belə ki, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı və Yaponiya Bankı uçot dərəcələrini indiki rekord aşağı səviyyədə saxlamaq qərarına gəlib.

Avropa fond bazarlarında aprelin 4-də FTSE 100 indeksi 1,2% - 6 344 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 817 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 726 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 550,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2933 (+0,7%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR