Ramil Usubov: “Ötən il Azərbaycanda 3 polis əməkdaşı xidməti vəzifəsinin icrası zamanı həlak olub”

Ramil Usubov: “Ötən il Azərbaycanda 3 polis əməkdaşı xidməti vəzifəsinin icrası zamanı həlak olub”
# 30 yanvar 2013 12:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasındakı məruzəsində bildirib.

Nazir qeyd edib ki, ötən il polisin və Daxili Qoşunların şəxsi heyəti ölkənin müxtəlif yerlərində keçirilmiş 600, o cümlədən 500-ə yaxın beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə hüquq qaydasının təmin edilməsinə cəlb olunub. Bütün tədbirlərdə, o cümlədən «Eurovision-2012» mahnı müsabiqəsi və 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi dövrdə - ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub: “Təəssüf ki, ötən il, xidməti vəzifələrin icrası zamanı 3 əməkdaş həlak olub, 218 nəfər xəsarət alıb. Əməkdaşların və hərbi qulluqçuların fədakar əməyi möhtərəm Prezident tərəfindən növbəti dəfə də yüksək qiymətləndirilərək 60 nəfər dövlət mükafatlarına layiq görülüb. Bundan əlavə, xidməti vəzifələrin icrasında fərqlənmiş 15.905, o cümlədən Nazirliyin əmrləri ilə 2528 əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirləri tətbiq olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR