Həsən Kərimov: “AXCP seçkiqabağı demokratik mühitin yaradılması üçün demokratik düşərgə ilə müzakirələr aparır”

Həsən Kərimov: “AXCP seçkiqabağı demokratik mühitin yaradılması üçün demokratik düşərgə ilə müzakirələr aparır”
# 27 mart 2013 10:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Seçkiqabağı demokratik mühitin yaradılması istiqamətində həm İctimai Palata, həm də funksional əməkdaşlıq etdiyimiz digər qüvvələrlə kütləvi aksiyaların təşkili istiqamətində müzakirələr aparılır”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

Onun sözlərinə görə, AXCP seçkiqabağı demokratik mühitin yaradılması üçün demokratik düşərgə ilə müzakirələr aparır və bu istiqamətdə kütləvi aksiyaların keçirməyi planlaşdırır: “Həm İctimai Palata, həm də funksional əməkdaşlıq etdiyimiz digər qüvvələrlə kütləvi aksiyaların təşkili istiqamətində müzakirələr aparırıq. Bu elə bir ümummilli problemdir ki, burada hər bir partiyanı yox, bütövlükdə cəmiyyəti seçki məcəlləsinin təkmilləşdirilməsi üçün birgə fəaliyyətə istiqamətləndirməliyik. Buna görə də, qərar qəbul edərkən, bu məsələni həm İctimai Palatanın tərkibində, həm də digər partiyalarla müzakirə edəcəyik. Hələlik danışıqlar aparılır və seçki marafonu ərəfəsində artıq konkret addımlar atacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR