Sumqayıtda əvvəllər məhkum olunmuş şəxs yanaraq ölüb - YENİLƏNİB

Sumqayıtda əvvəllər məhkum olunmuş şəxs yanaraq ölüb - <span style="color: red;">YENİLƏNİB
# 23 aprel 2013 07:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıt şəhərində əvvəllər məhkum olunmuş şəxs yanaraq ölüb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhərin 3-cü mikrorayon ev 2/58 ünvanda yerləşən binanın zirzəmisində əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü İman Əliyev ocaq qalayaraq yanğın törədib.

Nəticədə yanıq xəsarətləri alan İ. Əliyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 10:18

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda yaşayış binasında baş verən yanğın zamanı naməlum kişi meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində 5 mərtəbəli yaşayış binasının zirzəmisində 8 kv. m sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR