Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 01 aprel 2013 14:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1,608 mlrd. manat təşkil edib. Bu da 2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 52,8% artaraq 82,032 mln. manata çatıb. Korporativ istiqrazların ilkin bazarı 1,3% artıb, təkrar bazarı isə 11% azalıb.

Bununla yanaşı, hesabat aylarında səhmlərin ilkin bazarı 2,7 dəfə, təkrar bazarı isə 6,5 dəfə artıb və müvafiq olaraq 45,021 mln. manata və 2,867 mln. manata çatıb.

Bundan başqa, cari ilin I rübündə dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi 2012-ci ilin analoji dövrünə nisbətən 42% azalaraq 1,525 mlrd. manat təşkil edib.

Yanvar-mart aylarında dövlət istiqrazları (Dİ) bazarında əqdlər bağlanılmayıb.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar-mart, 2013

Yanvar-mart, 2012

Nisbət, %

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN) (yerləşdirmə)

0,00

0

0,00

0

-

Dİ (AMN)

(təkrar bazar)

0,00

0

663 315,84

1

-

Notlar (AMB) (yerləşdirmə)

119 871 034,67

42

294 564 796,09

76

-59,3%

Notlar (AMB)

(təkrar bazar)

43 955 612,02

4

4 079 646,24

2

10,8 dəfə

Repo əməliyyatları

1 362 099 487,01

128

2 326 351 022,15

330

-41,4%

DQK bazarı cəmi

1 525 926 133,70

174

2 625 658 780,32

409

-42%

Korporativ istiqrazlar (yerləşdirmə)

12 525 001,00

22

12 370 335,00

14

1,3%

Korporativ istiqrazlar

(təkrar bazar)

21 619 651,11

22

24 313 096,36

14

-11%

Səhmlər (yerləşdirmə)

45 020 620,54

45

16 565 800,00

18

2,7 dəfə

Səhmlər

(təkrar bazar)

2 867 039,67

805

440 472,51

791

6,5 dəfə

KQK bazarı cəmi

82 032 312,32

894

53 689 703,87

837

52,8%

Cəmi

1 607 958 446,02

1 068

2 679 348 484,19

1 246

-40%

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR