Peruda yol qəzası nəticəsində 13 nəfər ölüb

Peruda yol qəzası nəticəsində 13 nəfər ölüb
# 06 aprel 2013 00:28 (UTC +04:00)

Bakı-APA. Perunun cənubunda Boliviya sərhədinin yaxınlığında avtobusun 80 metrdən uçuruma düşməsi ən azı 13 nəfərin ölümü, 14 nəfərin isə yaralanması ilə nəticələnib. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Yerli polis nümayəndəsi Amador Vilçanın bildirdiyinə görə, qəza İskaykrus şəhəri yaxınlığında yüksək dağlıq And rayonunda baş verib. Hadisənin baş verdiyi Puno əyaləti paytaxt Limadan 1300 km cənub-şərqdə yerləşir.

Qəzada xəsarət alanlar Hulyaka şəhəri xəstəxanasına çatdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR