Sabirabad sakinləri narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılıblar - FOTOSESSİYA

Sabirabad sakinləri narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılıblar - <span style="color: red;">FOTOSESSİYA
# 28 fevral 2013 19:45 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad sakinləri narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılıb. Bunu APA-nın Mil-Muğan bürosunun əməkdaşına açıqlamasında Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyevin bildirib.



Müstəntiq deyib ki, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1983-cü il təvəllüdlü Ədilov Murad Güləhməd oğlunun narkotik vasitə satması barədə polisə məlumat daxil olub: “Sabirabad rayon Polis Şöbəsinin 26 fevralda keçirdiyi əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, rayonun Qaratəpə kəndində 1985-ci il təvəllüdlü Qurbanov Taleh Valeh oğlu Murad Ədilovun vasitəsilə onun dayısı oğlu, 1980-ci il təvəllüdlü Nadirov Səbuhi Əflatun oğluna bir kibrit qutusunda 5,89 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 35 manata satıb. Faktla görə fevralın 27-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin gün Taleh Qurbanov və Səbuhi Nadirov şübhəli şəxs qismində tutulub. Hər 3 şəxs tibbi müayinədən keçərkən müəyyən edilib ki, onlar marixuana qəbul ediblər”.



Qeyd edək ki, bu gün Sabirabad rayon Məhkəməsinin hökmü ilə Murad Ədilova 2 sutka həbs cəzası verilib.



Qeyd edək ki, Murad Ədilov əvvəllər Sabirabad rayonlararası Mühafizə Polisinin Mülki Mühafizəçisi işləyib.



Digər şəxslər barədə rayon məhkəməsinin sabaha təyin edilmiş məhkəmə
prosesində qərar çıxarılacağı gözlənilir.



Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



Xatırladaq ki, M. Ədilov AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR