Gənclər Fondu Moskvada təqdimat keçirib - FOTO

Gənclər Fondu Moskvada təqdimat keçirib - <font color=red>FOTO</font>
# 12 oktyabr 2012 11:37 (UTC +04:00)
Bakı-APA. Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) hesabat-seçki konfransı keçirilir. Fonddan APA-ya verilən məlumata görə, konfransın ilk günündə Azərbaycan və Rusiyanın Gənclər Təşkilatları nümayəndələrinin Dialoq və əməkdaşlıq görüşü baş tutub. Görüşün moderatoru Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə olub. Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərminə Əliyeva Fondun təqdimatını keçirib, Fonda müraciət etmə, layihə təqdim etmə prosedur və qaydaları barədə ətraflı məlumat verib. Gənclər Fondunun fəaliyyəti Rusiyanın Gənclər təşkilatları nümayəndələrinin böyük marağına səbəb olub, gənclərin çoxsaylı sualları cavablandırılıb. Daha sonra görüşün moderatoru Ş.Seyidzadə Rusiya və Azərbaycan gənclərinin birgə əməkdaşlığı məsələsinə toxunub, gəncləri gələcəkdə daha da sıx əlaqələr qurmağa, qarşılıqlı fəaliyyətə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR