UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Həyat üçün faydalı faktlar” kitabının təqdimatı keçirilib - FOTO
17 aprel 2012 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Həyat üçün faydalı faktlar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, hər il dünyada 9 milyon uşaq 1 yaşına çatmadan profilaktikası və müalicəsi mümkün olan xəstəliklərdən dünyasını dəyişir. Azərbaycanda hər gün 5-dən 10-dək uşaq vəfat edir, hər milyon uşağın dörddə biri anemiyadan əziyyət çəkir. “Həyat üçün faydalı faktlar” toplusu uşaqların həyatını müdafiə etmək, yaxşılaşdırmaq və xilas etmək üçün fərdləri biliklər ilə təmin edir”, - deyə M. Herevard bildirib.
M. Herevard deyib ki, uşaqların böyüməsində iştirak edən hər bir şəxs həyat üçün faydalı faktlardan yararlanmalıdır. Həyat üçün faydalı faktlar həyati əhəmiyyət kəsb edən ismarışları özündə əks etdirir. O deyib ki, hazırda 4-cü nəşri buraxılan toplu 1989-cu ildə ilk dəfə nəşr olunub.
“Həyat üçün faydalı faktlar” toplusu UNİSEF, ÜST, UNESCO, BMT-nin Əhali Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı kimi təşkilatların müştərək qaydada hazırladığı nəşrdir.

Sosial
Baş prokuror: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın inkişafı prioritetdir
11:18
4 iyun 2024
Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlərin miqdarı açıqlanıb
11:17
4 iyun 2024
Vilayət Eyvazov Oğuzda qəbul keçirəcək
10:28
4 iyun 2024
Mayda KTM-ə zəhərlənmə səbəbilə 100 nəfər müraciət edib, 5-i ölüb
10:13
4 iyun 2024