Azərbaycanda dağlıq ərazidə ölən şəxsin meyitinin götürülməsi üçün helikopter cəlb edilib

Azərbaycanda dağlıq ərazidə ölən şəxsin meyitinin götürülməsi üçün helikopter cəlb edilib
# 31 iyul 2012 15:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dağlıq ərazidə ölən şəxsin meyitinin götürülməsi üçün helikopter cəlb edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olmuş məlumata əsasən, Qax rayonu İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölüb. Hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Ş.Mirzəyevin cəsədini götürmək mümkün olmayıb. Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub. Xilasedicilər mürəkkəb dağlıq ərazidə olan Ş.Mirzəyevin cəsədini müvafiq qaydada götürüb və aidiyyəti üzrə təhvil veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR