Meksikanın yeni prezidenti üçün yeni təyyarə alınır

Meksikanın yeni prezidenti üçün yeni təyyarə alınır
# 31 iyul 2012 11:09 (UTC +04:00)
Bakı - APA-Economics. Dekabrda Meksika prezidenti postunu tərk edəcək Felipe Kalderon xələfi Enrike Penya Nyetoya inanılmaz hədiyyə hazırlayıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, Meksika hökuməti ölkə başçısı üçün 750 mln. dollar qiyməti olan yeni təyyarənin alınmasına razılıq verib.

“Boeing 787 Dreamliner” təyyarəsinin bazasında modifikasiya olunmuş yeni avialayneri yük təhlükəsizlik keyfiyyətlərinə görə “hava bunkeri” adlandırırlar. Meksika dövlət başçısı üçün bu cür təyyarə alan ilk ölkədir. Hərçənd təyyarənin rəsmi sifarişçisi Meksika Müdafiə Nazirliyidir. Avialaynerin dəyəri 25 il ərzində ödəniləcək.

Qeyd edək ki, Meksikada yüksək rütbəli sərnişinlərin təhlükəsizliyi baxımından bu xərc o qədər də təəccüblü görünmür. Son illərdə bu ölkənin iki daxili işlər naziri aviaqəzalarda həlak olub. Meksika prezidentinin sərəncamında olan iki təyyarə ötən əsrin 80-ci illərində istehsal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR