«ABB-Moskva» Bankının Sankt-Peterburq filialı son bir ildə aktivlərini 35% artırıb

«ABB-Moskva» Bankının Sankt-Peterburq filialı son bir ildə aktivlərini 35% artırıb
# 30 avqust 2012 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 34,6% artaraq 2012-ci il iyulun 1-nə 3 036,3 mln. rubla (73,8 mln. manat) çatıb. Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 1-nə filialın kredit portfeli 2 394,6 mln. rubl (58,2 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7% çoxdur.

Filialın depozit portfeli son bir ildə 46,6% artaraq 555,5 mln. rubl (13,5 mln. manat) təşkil edib. Bu ilin yanvar-iyun ayları ərzində filial tərəfindən hesab açmadan 8,8 min pul köçürmələri həyata keçirilib ki, bu əməliyyatların həcmi 10,1 mln. ABŞ dolları təşkil edib. O cümlədən, məcmu həcmi 1,5 mln. dollar olan 1,2 min köçürmələr ödənilib.

Hesabat dövrü ərzində filial 1 076 plastik kartı buraxıb. Ticarət ekvayrinq (plastik kartlar vasitəsi ilə ticarət obyektlərində ödəmələr) üzrə dövriyyə 126,5 mln. rubl (3,1 mln. manat), bankomat və POS-terminallar vasitəsi ilə naqdlaşdırma əməliyyatların həcmi 125,5 mln. rubl (3,050 mln. manat) və 1,5 mln. dollar təşkil edib.

Hesabat dövrü ərzində filiala 230 hüquqi şəxs olan yeni müştəri cəlb olunub. Hazırda filial 835 hüquqi şəxsə xidmət göstərir. Filialın 16 bankomatı və 123 POS-terminalı var.

«ABB-Moskva»nın Sankt-Peterburq filialı 2003-cü ildən fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərində 3 xidmət ofisi olan filial daha 2 yeni ofis açmağı planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR