Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
# 25 may 2012 09:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axşam və gecə bəzi yerlərdə
qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 26-27-də respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR