Ermənilər növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar

Ermənilər növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar
# 09 aprel 2012 06:36 (UTC +04:00)
Bakı – APA. Ermənistan Ordusunun bölmələri aprelin 8-də saat 11.50-dən 12.30-dək və 12.45-dən 12.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.50-dən 12.55-dək və 19.30-dan 19.50-dək isə Ağdam rayonunun Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR