AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0130 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0130 təşkil edib
# 22 may 2012 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq may ayının 22-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0129 bənd və ya 1,3% artaraq 1,0130-a bərabər olub. İndeksin artması mayın 21-də ipoteka istiqrazlarının 3 mln. manatlıq daha bir tranşının yerləşdirilməsi nəticəsində dövriyyədə olan həcmin artması səbəbindən baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR