Azərbaycan Baş Prokurorluğu və DİN Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi barədə birgə məlumat yayıb

Azərbaycan Baş Prokurorluğu və DİN Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi barədə birgə məlumat yayıb
# 22 may 2012 16:09 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 2012-ci il martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb. Fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib, həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR