Azərbaycanın daxili işlər naziri cənub zonasında vətəndaşlarla görüş keçirəcək

Azərbaycanın daxili işlər naziri cənub zonasında vətəndaşlarla görüş keçirəcək
# 26 mart 2012 16:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən aprelin 7-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək. Bu barədə APA Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verib.

Qəbulda Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər.

Məlumatda qeyd olunub ki, vətəndaşların qəbulu Lənkəran rayon Polis Şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR