Ermənistanın xarici işlər naziri sabah Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşəcək

Ermənistanın xarici işlər naziri sabah Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşəcək
# 01 sentyabr 2012 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirin sentyabrın 2-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü nəzərdə tutulur.

Səfər və görüş barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan avqustun 31-də Milli Təhlükəsizlik Şurasının iclasını çağıraraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupu ölkələrinin rəhbərlərinə Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması və əfv olunması ilə bağlı məktub hazırlamaq barədə tapşırıq verib.

Bu addım Ermənistan tərəfindən kəskin etirazla qarşılanıb. S. Sarkisyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndələrlə görüşündə Ermənistanın Macarıstanla bütün rəsmi və diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR