Polşanın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasından narahatıq”

Polşanın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasından narahatıq”
# 18 iyul 2012 10:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Polşa Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasından narahatdır. Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, qondarma “Dağlıq Qarabağ Respublikası”nı isə tanımır”. APA-nın məlumatına görə, bu bəyanatla Bakıda keçirdiyi mətbuat konfransında Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında bu münaqişə həll olunmalıdır və Dağlıq Qarabağın yekun statusu müəyyənləşməlidir.

Jurnalistlərin sabah Azərbaycanın işğal altında olan ərazilərində keçiriləcək qondarma “prezident seçkiləri” ilə bağlı sualını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu fakt münaqişənin sülh yolu ilə nizamlanması prosesi ilə uyğunsuzluq təşkil edir və erməni tərəfinin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR