Əhməd Davudoğlu: Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələr üçün hazırdır

Əhməd Davudoğlu: Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələr üçün hazırdır
# 11 aprel 2012 23:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrin müsbət nəticələnməsi üçün hər cür yardım etməyə hazırdır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələr üçün hazırdır: “İranın nüvə proqramının sülh yolu ilə həllinin ən yaxşı yol olduğuna inanıram. Türkiyə hər cür kütləvi qırğın silahına qarşıdır”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında yeni müzakirələr mərhələsi aprelin 14-də İstanbulda başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR