Sumqayıtda şadlıq sarayında içərisində pul olan seyfi oğurlayan şəxslər həbs edilib

Sumqayıtda şadlıq sarayında içərisində pul olan seyfi oğurlayan şəxslər həbs edilib
# 18 iyul 2012 11:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda şadlıq sarayından içərisində pul olan seyfi oğurlayan şəxslər həbs edilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Əhmədovun icarəyə götürdüyü “Ramiz” şadlıq evindən pəncərədən girmək yolu ilə seyfi və video görüntü üçün quraşdırılmış qurğunu oğurlayan Sumqayıt şəhər sakinləri Sahib Məlikov və əvvəllər məhkum olunmuş Turan Kərimov tutulublar. Saxlanılan şəxslər seyfin içərisində 2500 manat pul olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR