Hillari Klinton Çin rəhbərliyini İrandan neft idxalını azaltmadığı üçün tənqid edib

Hillari Klinton Çin rəhbərliyini İrandan neft idxalını azaltmadığı üçün tənqid edib
# 23 iyun 2012 01:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ dövlət katibi Hillari Klinton Çin rəhbərliyini İrandan neft idxalını azaltmadığı üçün tənqid edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, H. Klinton deyib ki, Hindistan və Cənubi Koreya kimi digər Asiya ölkələri İrandan neft idxalını azaltdığı üçün ABŞ-ın Tehrana qarşı birtərəfli yeni sanksiyalarından azad edilib: “Ancaq Çin rəhbərliyi indiyədək ABŞ-ın təzyiqlərinə təslim olmadı və İrandan neft idxalını azaltmadı. Yəni Çin rəhbərliyi bu məsələdə çox yavaş hərəkət etdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR