FHN xilasediciləri bu gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfəri xilas ediblər

FHN xilasediciləri bu gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfəri xilas ediblər
# 26 iyul 2012 16:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfəri xilas ediblər. Bu barədə APA FHN-in saytına istinadən məlumat verib.

Nazirliyin məlumatında qeyd olunub ki, bu gün Bakı şəhəri, Binəqədi və Xəzər rayonlarında batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Hadisələr müvafiq olaraq, “Novxanı” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə və “Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR