Almurad Əliyev Əbülfəz Elçibəyin ölümünün səbəblərinin ciddi şəkildə araşdırılmasını istəyir

Almurad Əliyev Əbülfəz Elçibəyin ölümünün səbəblərinin ciddi şəkildə araşdırılmasını istəyir
# 17 avqust 2012 08:41 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında keçmiş prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. A. Əliyev bildirib ki, Ə. Elçibəyin zəhərlənməsinə inanmasa da, prosesin nə ilə nəticələnəcəyini bilmək istəyir: “Hələ ki, məni istintaqa çağırmayıblar. Lakin istintaq qrupunun üzvləri mənimlə danışıblar”.

O, Ə. Elçibəyin ölümünün səbəblərinin daha ciddi araşdırılmasının tərəfdarı olduğunu da qeyd edib: “Yaxşısı budur, məsələ məhkəmədə araşdırılsın. Əli Kərimli isə bu məsələ ilə bağlı mənimlə danışmayıb. Hər halda avqustun 20-də Ə. Elçibəyin vəfatı günü ilə bağlı məzarı üzərində keçirilən tədbirdə Əli Kərimli ilə görüşəcəyik”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin başlandığı barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, Hafiz Hacıyevin müraciəti əsasında Bakı Şəhər Prokurorluğunda istintaq gedir. İstintaq üzrə Əbülfəz Elçibəyə yaxın olan bir neçə şəxs artıq dindirilib. Xəbəri Bakı Şəhər Prokurorluğunda da təsdiq ediblər.

Xatırladaq ki, H. Hacıyev Ə. Elçibəyi AXCP sədri Ə. Kərimlinin zəhərlədiyini iddia edir.

Ə. Elçibəy 2000-ci il avqustun 20-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR