Şəkidə yanğın olub

Şəkidə yanğın olub
# 04 oktyabr 2012 08:03 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Köbəy Zəyzid kənd sakini İsmayılov Vəfa Akif oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 100 kv/m olan tövlədə qeydə alınıb.

Hadisə yerinə Şəki YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğın nəticəsində tövlənin çardaq hissəsinin yanar konstruksiyası və 3 ton quru ot bağlaması yanaraq yararsız hala düşüb. Şəki rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək həyətdəki digər tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı Şəki rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR