YAP Qadınlar Şurası partiyanın 20 illiyi münasibətilə təntənəli tədbir keçirib

YAP Qadınlar Şurası partiyanın 20 illiyi münasibətilə təntənəli tədbir keçirib
# 29 oktyabr 2012 14:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası partiyanın 20 illiyi münasibətilə təntənəli tədbir keçirib.

APA-nın məlumatına görə, tədbiri açıq elan edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib ki, YAP siyasi səhnəyə gəlməsi ilə ölkədə azadlığın, müstəqilliyin əsası qoyulub: “YAP ictimai ehtiyacların obyektiv tələbatına verilən cavab idi”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova partiyanın Azərbaycanın tarixində oynadığı roldan danışıb. O, partiyanın qadın üzvləri arasında Asya Manafova, Dilruba Camalova, Aynur Sofiyeva və başqalarının aktivliyini xüsusi vurğulayıb.

Partiya sədrinin müavini, icra katibi Əli Əhmədov, YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov, YAP Qadınlar Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları çıxış edərək, YAP-ın üzvü olan fədakar qadınlardan danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR