Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı və onun başçılıq etdiyi dəstə üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb

Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı və onun başçılıq etdiyi dəstə üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb
# 20 iyun 2012 10:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Bakı Apellyasiya Məhkəməsində Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən iş adamı Şöhrət Quliyev və onun başçılıq etdiyi 12 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov 2 il, Məharət İsmayılov 2 il, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub. Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun barəsində olan cinayət işinə isə xitam verilib.

İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev və dəstənin digər üzvləri Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüblər. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Şöhrət Quliyevin göstərişi ilə Gəncə şəhəri sakini Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib. Aparılan istintaqla cinayətkar dəstənin başqa cinayətləri də müəyyən olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR