Çexiyanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək

Çexiyanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək
# 25 sentyabr 2012 13:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Çexiyanın sənaye və ticarət naziri Martin Kuba bu ilin sonunadək Azərbaycana səfər edəcək. Bu barədə “APA-Economics”ə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula məlumat verib.

Onun sözlərinə görə, M.Kuba Azərbaycandan gələn dəvəti qəbul edib və noyabr-dekabr aylarında Bakıya səfər edəcək.

Diplomat qeyd edib ki, səfər çərçivəsində Bakıda Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının II iclası keçiriləcək. Komissiyanın ilk iclası ötən ilin noyabrında Praqada keçirilib.

Komissiyanın iclası ərəfəsində tərəflər nəqliyyat sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradılması məsələsini və kombinə edilmiş yükdaşımalar haqqında hökumətlərarası saziş layihəsini müzakirə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR